Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

DİN: Qanunsuz saxlanılan 13 tüfəng götürülüb

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

DİN-dən "Xalq qəzeti"nə verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də və 16-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 13 ədəd ov tüfəngi götürülüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

17 Января 2022 11:08 - Социум
Социум

Köhnə versiyamızdan xəbərləri izlə