Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

“Zəfər yolu” layihəsi çərçivəsində esse müsabiqəsinə start verilib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında keçirilməsi nəzərdə tutulan “Vətənim Azərbaycandır!” adlı esse yazı müsabiqəsinə start verilib.

 "Xalq qəzeti" xəbər verir ki, Vətən müharibəsinin birinci ildönümünə həsr olunan müsabiqə üç mövzunu əhatə edir. 2021-ci il oktyabrın 25-dək davam edəcək müsabiqənin qaliblərinə pul mükafatları təqdim olunacaq.

Yazı müsabiqəsi “Ölməz qəhrəmanlar- şəhidlik zirvəsi”, “Zəfərə gedən yol: milli birlik və mənəvi güc”, “Zəfərin mübarək, Azərbaycan” mövzuları üzrə keçiriləcək.

Müsabiqənin qaliblərinə pul mükafatları ( 1-ci yer- 800 AZN (1 nəfər), (2-ci yer - 600 AZN (2 nəfər), (3-cü yer- 400 azn (3 nəfər), (Həvəsləndirici mükafat: 150 AZN (5 nəfər)) təqdim ediləcək.

Müsabiqədə iştirak etmək istəyən tələbələr esselərini və özləri barədə məlumatları (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) [email protected] e-mail adresinə göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq yazılar arial şriftində 14 ölçüdə, 2-4 səhifə həcmində olmalıdır.

Esse Azərbaycan dilində təqdim edilməlidir.

20 Сентября 2021 16:22 - Социум
Социум

Köhnə versiyamızdan xəbərləri izlə