Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 218 Bakı şəhəri, 17 iyul 2021-ci il

“İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarı­lan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2017-ci il 25 iyul tarixli 305 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haq­qında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 270-VIQD nömrəli Qanunu­nun tətbiqi, Azərbaycan Respublikası Prezi­dentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2015-ci il 11 fevral tarixli 463 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 aprel tarixli 1312 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2017-ci il 25 iyul tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2017, № 7, maddə 1502; 2020, № 3, maddə 337) ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqın­da işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”na 1 nömrəli əlavə - “Protokol, qərar (qərardad) blankları­nın spesifikasiyası”nın 2-ci hissəsinin birinci cümləsində “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Постановления Кабинета Министров

Köhnə versiyamızdan xəbərləri izlə