П.новости
Bakı Slavyan Universitetində (BSU) “İslam tarixinin və islam əxlaqının əsas prinsipləri” mövzusunda fakültətiv kursların növbəti mühazirəsi keçirilib. Mühazirənin budəfəki qonağı Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qafarov olub.
Dosent Anar Qafarov BSU “İslam əxlaq fəlsəfəsi” mövzusunda geniş məruzə ilə çıxış edib. İlahiyyatçı islam düşüncəsi və mədəniyyətində əxlaqın mövqeyindən, əhəmiyyətindən bəhs edib, islam, əxlaq və fəlsəfə anlayışlarının terminoloji cəhətdən izahını verib. A.Qafarov islam əxlaq fəlsəfəsində əxlaq düşüncəsinin əsas mənbəyinin Quran və hədislərdə mövcud olduğunu vurğulayıb. Qloballaşma hadisəsini müxtəlif mədəniyyətləri təmsil edən fərd və cəmiyyət münasibətlərinin inkişaf etdirilməsi baxımından müsbət amil kimi dəyərləndirib. İslam filosoflarının əxlaq fəlsəfəsi haqqında fikirlərindən bəhs edən A.Qafarov Azərbaycan mədəniyyətində
islam dininin izləri barədə ətraflı məlumat verib. Azərbaycanlı alimlərin islam mədəniyyətinin formalaşmasında xüsusi rol oynadıqlarını, bu mədəniyyətə böyük töhfələr verdiyini vurğulayıb.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə