Kinorejissor Arif Babayevin xatirəsi anılacaq

MƏDƏNİYYƏT
30 Noyabr
17:13

Bu gün  Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar incəsənət xadimi Arif Babayevin anadan olmasının 90 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Tədbir Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə Dövlət Film Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımov məlumat verib.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi açılacaq, milli kinomuzun inkişafındakı xidmətlərindən danışılacaq.

 

M,MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi