Daşkənddəki Dil və Ədəbiyyat Universitetinin kitabxanasına kitab kolleksiyası hədiyyə edilib

MƏDƏNİYYƏT
29 Noyabr
17:36

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi  Daşkənddəki Əlişir Nəvai  adına Dil və Ədəbiyyat Universitetinin kitabxanasına “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində kitab kolleksiyası hədiyyə edib.                                                                                         

Təqdim olunan nəşrlər arasında dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişafla əlaqədar kitablar var.

Nəşrlər arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Daşkənddə çap etdirdiyi çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar var.

Kitabxanaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar, jurnal və bukletlər də hədiyyə edilib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi müntəzəm olaraq Özbəkistanın kitabxanalarına Azərbaycanla bağlı nəşrlər hədiyyə edir və bu istiqamətdə fəaliyyət davam edir.

 

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi