Akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri”nin üçüncü cildi nəşr olunub

MƏDƏNİYYƏT
28 Noyabr
16:19

AMEA tərəfindən görkəmli dilçi alim, akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri”nin növbəti 3-cü cildi nəşr olunub. Nəşr alimin gənc yaşlarında yazdığı və ilk irihəcmli araşdırması olan “Azərbaycan dilinin Cəbrayıl şivəsi” əsərindən ibarətdir. 

Kitabın redaktoru Bakı Dövlət Universitetinin professoru Məhərrəm Məmmədli, “Ön söz”ün müəllifi isə akademik Nizami Cəfərovdur.

science.gov.az saytı yazır ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsər nəfis tərtibatda “Cəbrayıl şivəsi” adı ilə müstəqil kitab şəklində də nəşr olunub. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi