Azərbaycan --Türkmənistan mədəni əlaqələri müzakirə olunub

MƏDƏNİYYƏT
28 Noyabr
14:39

Mədəniyyət nazir Əbülfəs Qarayev Türkmənistanın Azərbaycan Respublikasındakı səfiri Mekan İşanquliyev ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Prezidentinin Türkmənistana rəsmi səfəri çərçivəsində cari ilin 22 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019--2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”nın əhəmiyyəti qeyd edilərək, bunun iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcəyi bildirilib.

Görüşdə Azərbaycanın Türkmənistanla UNESCO  və  digər beynəlxalq təşkilatlar çərçivəsində  əməkdaşlığının səviyyəsindən məmnunluq ifadə olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi