Albaniya Respublikasının Prezidenti zati-aliləri cənab İlir Metaya

MƏKTUBLAR
27 Noyabr
23:06

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. 
 İnanıram ki, Azərbaycan-Albaniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. 
 Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm. 
Hörmətlə, 
 

 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2018-ci il

MƏKTUBLAR bölməsi