Avstraliyalı səyyah işğal olunmuş ərazilərimizə səfər edib
XƏBƏRLƏR
16 Fevral
21:05

“Ümid edirəm ki, yenidən qurulan Ağdam əvvəlki kimi gözəl olacaq”.
Xalq Qəzeti xəbər verir ki, bunu 21 ölkədən olan məşhur səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən avstraliyalı səyyah Reyçel Li Deyvi deyib.
“Bütün bunları görmək dəhşətlidir, əminəm ki, bu, gözəl şəhər idi. Ümid edirəm ki, tezliklə onu yenidən bərpa edəcəklər və o, əvvəlki kimi gözəl olacaq”, - səyyah bildirib.
Reyçel Li Deyvinin sözlərinə görə, o, 2014-cü ildə Azərbaycana ilk səfəri zamanı Qarabağ münaqişəsi barədə məlumat alıb və indi ikinci dəfə ölkəmizə səfər etməkdən, eləcə də işğaldan azad edilmiş əraziləri görməkdən məmnundur.
XƏBƏRLƏR bölməsi
5 Avqust
23:30

“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqlənib
4 Avqust
11:10

“Azərpoçt” MMC-nin Yevlax Regional Filialının əməkdaşı MMC-ə məxsus pul vəsaitlərini mənimsəyib
2 Avqust
15:53

Yardımlıda informasiya və rabitə sahəsi üzrə əhaliyə göstərilən xidmətlərin həcmi 48,8 faiz artıb