Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində onlayn müraciət imkanı təkmilləşdirilib

XƏBƏRLƏR
27 Yanvar
14:39

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmi internet səhifəsində onlayn müraciət imkanı təkmilləşdirilib.

DMX-dən "Xalq qəzeti"nə verilən məlumata görə, quruma rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etmək istəyənlər üçün yeni xidmət “Dövlət Miqrasiya Xidmətinə onlayn müraciətin edilməsi və izlənilməsi xidməti” yaradılıb. DMX-nın rəsmi internet səhifəsi vasitəsilə müraciət edən şəxslər bundan sonra “Əlaqə” pəncərəsinə keçid alaraq müraciətdən sonra “Müraciəti izlə” pəncərəsi vasitəsilə onun nömrəsini qeyd etməklə icra vəziyyəti barədə məlumat əldə edə biləcəklər. Müraciət ünvanlamaq istəyən istifadəçilər https://www.migration.gov.az/az/apply linkindən istifadə edə bilərlər.

XƏBƏRLƏR bölməsi