“Müasir Audiovizual Baxış” mükafatı sahibinə təqdim edilib

MƏDƏNİYYƏT
27 Yanvar
12:19

Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan “AzerNyuMedia” şirkətinin “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatının təqdimatı keçirilib.

 "Xalq qəzeti" xəbər verir ki, təqdimetmə mərasimi “Cinema Plus” Kinoteatrlar Şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında Azman Holdinqin dəstəyi ilə təşkil edilib. Tədbirin aparıcısı, tanınmış aktyor Emin Nəsirli kino radio kanal və onun mükafatı haqqında məlumat verib.

Mərasimdə çıxış edənlər Mədəniyyət Nazirliyinin sektor müdiri Rüfət Əliyev, “PMG Group” şirkətinin rəhbəri Cavid Nemətzadə, Azərbaycan Respublikası Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev “Cinema Radio” kino-radio kanalının formatı, onun əhəmiyyətindən danışıblar.

“Cinema Radio” kino-radio kanalının rəhbəri “AzerNyuMedia” şirkətinin icraçı direktoru Kamran Qasımov və kanalın aparıcısı RJ Yaqut bu ilki mükafatın sahibini elan ediblər. Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub. Mərasimdə Respublikanın Əməkdar artisti Xəyyam Mustafazadə “Nizami” və “Odlar yurdu” filmlərindən canlı soundtracklar ifa edib.

MƏDƏNİYYƏT bölməsi