“Ermənistan – Azərbaycan sərhədinin demarkasiyası silahlı münaqişələri dərhal aradan qaldıra bilər”

XƏBƏRLƏR
26 Yanvar
04:08

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Nikolay Bordyuja bildirib ki, Ermənistan – Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası silahlı münaqişə və atışmalarla əlaqəli bütün məsələləri dərhal aradan qaldıra bilər.

Nikolay Bordyuja deyib: "Bu vəziyyətdə mən Ermənistan və Azərbaycana sərhədlərin qarşılıqlı tanınması məsələsinə kömək göstərilməsi zərurətini vurğulamaq istərdim. Bu isə öz növbəsində birgə qrupların ya­radılmasını, arxivlərdən materialların əldə olunmasını ifadə edir".

KTMT-nin sabiq baş katibi qeyd edib ki, rusiyalı sülhməramlıların Qarabağda möv­cudluğu sabitliyin təminatına töhfə verir.

“Xalq qəzeti”

XƏBƏRLƏR bölməsi