Kuryerləri dronlar əvəzləyir
XARİCİ XƏBƏRLƏR
23 Yanvar
08:39

Braziliyada kuryerləri pilotsuz uçan aparatlar (OUA-Dron) əvəzləyəcək. Bunu Braziliyanın Milli Mülki Aviasiya Agentliyi (ANAC) açıqlayıb. Bildirilir ki, artıq ölkədə kommersiya məqsədli çatdırılma üçün pilotsuz uçuş aparatlarından istifadəyə icazə verilib.
Bildirilir ki, daşımalar “Speedbird Aero” şirkətinin DLV-1 NEO modelli dronları vasitəsilə həyata keçiriləcək. Yeri gəlmişkən, bu dronlar 2,5 kiloqramadək yüklə 3 kilometrə qədər məsafəyə uça biləcək.
Məlumatı BBC yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib