Liz Trass Moskvaya səfər edəcək
XARİCİ XƏBƏRLƏR
23 Yanvar
08:38

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass gələn ay Rusiyaya rəsmi səfər edəcək. Bu barədə Britaniya KİV-i məlumat yayıb. Qeyd edək ki, 2017-ci ildən sonra Böyük Britaniyanın xarici işlər nazirləri Rusiyaya rəsmi səfər etməyiblər.
Yeri gəlmişkən, Rusiya Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Moskvaya səfər ilə bağlı Londonun rəsmi müraciətini qəbul edib.
Məlumatı TASS yayıb.
Elçin ABBASOV,
“Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib