NATO Aralıq dənizində təlimlərə başlayır

XARİCİ XƏBƏRLƏR
23 Yanvar
08:49

NATO Aralıq dənizində ABŞ-ın "Harry Truman" təyyarədaşıyan gəmisinin iştirakı ilə böyük hərbi təlim keçirəcək. 
Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, “Neptun-22” adlı təlimlər plana uyğun olaraq keçirilir: "Harry Truman aviadaşıyıcı həmlə qrupu NATO-nun əməliyyat nəzarəti altına alınacaq və o çoxdan planlaşdırılan təlimin mərkəzi elementi olacaq". 
Con Kirbi qeyd edib ki, manevrlər zamanı hərbçilər “uzaq mənzilli zərbələr” və sualtı qayıqlara qarşı effektiv döyüş əməliyyatlarını icra edəcəklər. 
Yanvarın 24-dən fevralın 4-dək davam edəcək təlimlərdə bir neçə NATO ölkəsi iştirak edəcək, lakin Kirbi onların adla­rını açıqlamayıb. 
“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi