BMT Baş katibi: Dünyadakı vəziyyət soyuq müharibə dövründəkindən daha təhlükəlidir
XARİCİ XƏBƏRLƏR
23 Yanvar
08:42

Dünya təhlükəli vəziyyətdədir, “soyuq müharibə” dövründəkindən daha xaotik və gözlənilməz vəziyyət hökm sürür.
Xarici KİV-lərin məlumatına görə, BMT Baş katibi Antonio Quterreş bildirib ki, soyuq müharibə iki blok arasında gedirdi, hər birinin öz ittifaqları var idi, bloklararası münaqişələrin qarşısını almaq üçün aydın qaydalar və mexanizmlər var idi.
Antonio Quterreş deyib: “Hazırda müşahidə etdiyimiz daha xaotik və daha az proqnozlaşdırıla bilən bir situasiyadır, böhranlarla mübarizə aparmaq üçün mexanizm yoxdur. Deməli, biz, heç şübhəsiz ki, çox təhlükəli vəziyyətdəyik”.
“Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib