Azərbaycan TALIS 2024 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək
TƏHSİL
21 Yanvar
16:30

Azərbaycan TALIS 2024 (Teaching and Learning International Survey) təlim və tədris üzrə beynəlxalq araşdırma tədqiqatında iştirak edəcək.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 3 mərhələdən ibarət olan tədqiqatın pilot mərhələsi bu il keçiriləcək. Tədqiqat müəllimlərin və məktəb rəhbərlərinin təhsillə bağlı yanaşmalarını anlamaq məqsədilə 5 ildən bir keçirilir.
TALIS tədqiqatı müəllimlərin tədris təcrübələri, idarəetmə bacarığı, müəllimlərin peşəkar inkişafı, məktəb mühiti, iş məmnuniyyəti və s. mövzular üzrə beynəlxalq müqayisələrə imkan verən məlumatlara sahib olmaq fürsəti yaradır.
Azərbaycan bu tədqiqatda ilk dəfə iştirak edəcək.
TƏHSİL bölməsi
26 May
14:54

Ali Məhkəmə ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
24 May
12:18

Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirilir