Peşə hazırlığına cəlb edilən pay torpağı olan şəxslərə təqaüd veriləcək

TƏHSİL
17 Yanvar
15:55

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək.

 Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məşğulluq haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, həmin şəxslərə peşə hazırlığı kurslarına cəlb olunduqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.

Həmçinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.

TƏHSİL bölməsi