Təhsil müəssisələrində 20 Yanvarla bağlı xüsusi dərslər keçiləcək

TƏHSİL
17 Yanvar
15:26

Təhsil naziri Emin Əmrullayev "20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

Əmrə əsasən, yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Firudin Qurbanova həvalə olunub.

TƏHSİL bölməsi