Qazaxıstanın Uralsk şəhərində blok-postda Ermənistan nömrə nişanlı avtomobil saxlanılıb
XARİCİ XƏBƏRLƏR
9 Yanvar
00:22

Qazaxıstanın şimalındakı Uralsk şəhərində blok-postda Ermənistan nömrə nişanlı avtomobil saxlanılıb.
"Xabar 24" telekanalının yaydığı məlumatda bildirilir ki, avtombilin baqaj hissəsində 50 mobil telefon, patronlar, gözyaşardıcı qumbara, planşetlər və digər aksesuarlar aşkar edilib.
Polislər avtomobili saxladıqda sürücü baqajı açmaqdan imtina edib, daha sonra hadisə yerindən qaçmağa çalışıb.
Həmin şəxs polislər tərəfindən saxlanılıb.
“Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib