İsveçdə koronavirusa rekord sayda sutkalıq yoluxma qeydə alınıb
XARİCİ XƏBƏRLƏR
8 Yanvar
16:22

İsveçdə koronavirus infeksiyasına rekord sayda sutkalıq yoluxma qeydə alınıb.
İsveçin İctimai Səhiyyə Agentliyinin məlumatında bildirilir ki, son 24 saat ərzində krallıqda 23 877 koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib. Beləliklə, İsveçdə bir həftə ərzində ikinci dəfə gündəlik yoluxma rekordu qeydə alınıb.
Son 24 saat ərzində virus həmçinin 8 nəfərin həyatına son qoyub və bununla ümumilikdə İsveçdə pandemiyanın qurbanlarının sayı 15 377 nəfərə çatıb.
İsveçdə pandemiya zamanı təsdiqlənmiş COVID-19 infeksiyası hallarının sayı 1 416 650-dir. Təkcə çərşənbə günündən bəri ölkədə 41 383 yeni yoluxma faktı qeydə alınıb.
Qeyd edək ki, yoluxma sayının yenidən artması “omikron” ştamının yayılması ilə bağlanılır.
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib