Dekabr ayında ABŞ-da işsizlik səviyyəsi 3,9 faizə düşüb

XARİCİ XƏBƏRLƏR
8 Yanvar
10:06

Keçən ay ABŞ-da 199.000 min yeni iş yeri açılıb. Ölkədə işsizlik səviyyəsi 3,9 faizə düşüb.

Bu barədə ABŞ Əmək Nazirliyinin dünən dərc edilmiş hesabatında bildirilir.

Dekabr ayında yeni işə qəbul edilənlərin sayı əvvəlki ayla müqayisədə az olub. Noyabrda əmək bazarına 249.000 iş yeri əlavə edilib. İş yerlərinin sayının ləng artması koronavirusun yeni variantları ilə bağlıdır. Bu, qeyri-müəyyənlik yaradır, pandemiyadan sonra ölkə iqtisadiyyatının tam bərpa olunmasına imkan vermir.

Prezident Co Bayden cümə günü bildirib ki, işsizlik göstəricisi 4 faizdən aşağı düşüb və buna görə hər bir amerikalı sevinməlidir. Prezident deyib: “Mənim fikrimcə, bu, iqtisadiyyatımızın bərpa olunması üçün tarixi gündür. Ölkədə işsizlik səviyyəsinin 3,9 faizə düşməsi Birləşmiş Ştatlar tarixində işsizlik göstəricisinin ən kəskin azalması deməkdir”.

XARİCİ XƏBƏRLƏR bölməsi