Ekoloji təmiz göydələn
XARİCİ XƏBƏRLƏR
8 Yanvar
00:39

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində ispan memarların layihəsi əsasında yaşıllıqlara bürünmüş göydələn inşa ediləcək. Bildirilir ki, göydələn yaşıllıq sahələri olan ayrı–ayrı bloklar şəklində əsas dayağın ətrafında yerləşdiriləcək. Layihəyə əsasən, hər bir belə platforma 360 dərəcə mənzərə təqdim edir. Göydələndə ofislər və mənzillər yerləşəcək.
Qeyd edək ki, BƏƏ-də gələcəyin binası kimi xarakterizə olunan göydələn, həm də ekoloji təmiz memarlığın kobud sənayeləşmə üzərində qələbəsinin simvolu hesab edilir.
Məlumatı “Əl Ərəbiyyə” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib