Avropanın ən zəngin xalqı
XARİCİ XƏBƏRLƏR
8 Yanvar
00:38

İsveçrənin “Institut Redesigning Financial Services” (RSF) analitika mərkəzi Avropanın ən varlı xalqlarını müəyyənləşdirib. Bildirilir ki, Avropanın ən varlı xalqı almanlardır. 2020-ci ildə Almaniya sakinlərinin ümumi şəxsi sərvəti 16,4 trilyon avro təşkil edib. Bu göstərici üzrə ikinci yeri 12,6 trilyon avro sərvəti olan Fransa əhalisi tutur. İlk üçlükdə isə hər birində əhalinin şəxsi sərvəti 10 trilyon avro olan Böyük Britaniya və İtaliya qərarlaşıb.
Yeri gəlmişkən, Almaniya milyonerlərin sayına görə də Avropada birinci yerdədir. Ölkədə 2,9 milyon milyonçu yaşayır.
Xəbəri BBC verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib