Milli döyüş təyyarəsi hazırlanır

XARİCİ XƏBƏRLƏR
8 Yanvar
00:37

Son illər Türkiyənin milli müdafiə sənayesi sistemli şəkildə inkişaf etdirilir. Artıq rəsmi Ankara 2023-cü ilədək özünün milli döyüş təyyarəsini istehsal edərək dünyaya nümayiş etdirəcəyini açıq­layıb. Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan bugünlərdə Ankarada “Türkiyədə Milli Texnologiyalar və yeni sərmayələr” şüarı ilə keçirilən açılış mərasimində ifadə edib. O qeyd edib ki, Türkiyə milli müdafiə sənayesi sahəsindəki inkişafı bundan sonra da gücləndirməkdə və genişləndirməkdə davam etdirəcək.

Məlumatı Anadolu yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi