ABŞ Dövlət Departamenti “Nord Stream-2” layihəsinə sanksiya tətbiq olunmasının əleyhinədir

XARİCİ XƏBƏRLƏR
8 Yanvar
00:32

ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib ki, Dövlət Departamenti respublikaçı senator Teda Kruzanın hazırladığı “Nord Stream-2” (“Şimal-axını-2”) qaz kəməri lahiyəsinə sanksiya tətbiq etmək qərarının əleyhinədir.

Ned Prayz əlavə edib ki, bu sanksiya Birləşmiş Ştatların Avropadakı müttəfiqləri ilə birliyini poza və təhlükə yarada bilər.“Əgər bu sanksiya indi tətbiq edilsə, biz çox şeyi itirə bilərik”-deyə, Ned Prays brifinqdə vurğulayıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi