Yeni rekord

XARİCİ XƏBƏRLƏR
7 Yanvar
05:18

“Barselona” klubu­nun futbolçusu Dani Alves yeni rekorda imza atıb. O, buna İspaniya kubokunun 1/16 final mərhələsində “Linares”lə matçda (2:1) nail olub. Brazili­yalı müdafiəçi görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Otuz səkkiz yaş 244 günlüyündə olan Dani Kataloniya təmsilçisində rəsmi matçda oynayan ən yaşlı oyunçu olub.

Qeyd edək ki, klubun bundan əvvəlki rekordçusu qapıçı Xose Pinto olub. O, “Barselona”nın heyətində son matçını 38 yaş 190 günlüyündə keçirib.

Məlumatı “Futbolhd” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi