Miqrantlarla bağlı qanun hazırlanır

XARİCİ XƏBƏRLƏR
7 Yanvar
05:17

2021-ci ildə La-Manş boğazını keçən miqrantla­rın sayı 2020-ci illə müqayisədə təqribən üç dəfə artıb. Rəsmi məlumata görə, ötən il ən azı 28 min 431 miqrant kiçik qa­yıqlarla La-Manş boğazını keçib. Bu rəqəm 2020-ci ildə 8417 nəfər təşkil edib. Bildirilir ki, miqrantlar ötən il ən çox noyabr ayında bu boğazdan istifadə ediblər.

Bunu nəzərə alan Böyük Britaniya hökuməti isə ölkəyə qeyri-qanuni yollarla daxil olmağı cinayət adlandırmağı planlaşdırır. Hökumətin hazırladığı Vətəndaşlıq və Sərhəd Qanunu layihəsi təsdiq olunduqdan sonra, insan qaçaq­malçıları da ömürlük həbsə məhkum edilə bilərlər.

Məlumatı “The Sun” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi