Sarıkök xərçəngdən qoruyur
XARİCİ XƏBƏRLƏR
7 Yanvar
10:17

Böyük Britaniyanın “Cancer Research” şirkətinin həkimləri kurkumanın insan orqanizmində xərçəng riskini azaltmağa kömək etdiyini və bədxassəli şişin böyüməsinin qarşısını aldığı qənaətinə gəliblər. Həkimlərin açıqlamasına görə, xərçəng hüceyrələri ilə mübarizə baxımından kurkuma çox faydalıdır. Qeyd olunur ki, onun tərkibində xərçəng hüceyrələrini məhv etməyə qadir olan curcumin adlı maddə və həmçinin yüksək səviyyədə antioksidant var. Bu səbəbdən də həkimlər onu xərçəngin alternativ müalicəsi adlandırıblar.
Bildirilir ki, kurkuma həmçinin katarakta, qlaukoma və makula degenerasiyası riskini azaldır. Bundan əlavə, qanda "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.
Xəbəri “Mediportal” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib