Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

MƏKTUBLAR
28 Dekabr
22:19
 

 

Hörmətli cənab Prezident, qüdrətli Ali Baş Komandan!

Sizi Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatı adından salamlayır və doğum günü­nüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Amerikada yaşa­yan azərbaycanlı gənc diaspor fəalı olaraq vətənim Azərbaycanın inkişafı, rifahı, müstəqilliyinin daha da möhkəmlənməsi yolunda at­dığınız hər bir addımla fəxr edirəm. Yeni yaşınızda bu nailiyyətlərin daha parlaq olacağına əminliyimi bildirərək Sizə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Cənab Prezident, Sizin dərin siyasi strategiyanız Azərbaycan xalqının illərlə köksündə bəslədiyi həsrətə son qoydu və biz gənclərdə fərəh, iftixar, özünəinam hisslərini gücləndirərək daha iri addımlarla irəliləməyimizə səbəb oldu.

Sizə möhkəm cansağlığı, Azərbaycan naminə gördüyünüz bü­tün işlərdə müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

Əsmər HÜSEYNOVA

ABŞ-da fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri

* * *

Hörmətli cənab Prezident!

Otuz ilə yaxın müddətdə Azərbaycan xalqının erməni işğalın­dan çəkdiyi əziyyətlərə son qoymaq üçün dövlətimizə güc, iqtisadi qüdrət, yüksək döyüş qabiliyyətinə malik ordu lazım idi və Siz Pre­zident olaraq bütün bunlara addım-addım nail oldunuz. Siz təkcə Azərbaycanın deyil, bütün regionun rifahını və gələcəyini düşünərək bu gün sülh və əməkdaşlıq istiqamətində yorulmaz fəaliyyətinizi da­vam etdirirsiniz. Siz təkcə öz xalqımız üçün yox, həm də türk dün­yası üçün nadir tarixi şəxsiyyətlərdən birisiniz. Siz siyasət aləmində siyasətçilərə, hərb sənətində hərbçilərə, iqtisadiyyat üzrə ən yaxşı iqtisadçılara dərs keçə biləcək dərəcədə böyük istedada maliksiniz.

Cənab Ali Baş Komandan, Sizi - böyük strateqi, qüdrətli sərkərdəni 60 illik yubileyiniz münasibətilə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun üzvləri adından və şəxsən öz adımdan təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar diləyir, ən xoş arzu­larımızı çatdırırıq. Biz Qələbədən dərhal sonra sosial şəbəkələrdə yüz minlərlə insanın Sizə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi təşəbbüsünə qoşuluruq. Əminik ki, ən tez zamanda insan­ların bu arzusu da gerçəkləşəcək.

Hörmətlə,

Nüsrət MƏMMƏDOV

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti

* * *

Hörmətli cənab Prezident!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Mən Sizin Moskvada yaşadığınız zaman şəxsi tanışlığımı­zı daim xatırlayır və bununla fəxr edirəm. Moskvada, 1981-ci ilin dekabrında incəsənətə yolumun başlanğıcında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ilk sərgimin keçirilməsinə göstərdiyiniz kömək və dəstək həmişə yadımdadır, buna görə daim Sizə minnətdaram.

Fürsətdən istifadə edərək 60 və 70 illik yubileylərim münasibətilə mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha sonsuz minnətdarlığımı bildirirəm. Çox sağ olun.

1995-ci ildə həyat yoldaşımla Almaniyaya köçdükdən sonra 1998-ci ildə ümummilli lider Heydər Əliyevlə görüşümü və bizə, di­aspor nümayəndələrinə Azərbaycanı yaddan çıxarmamaq barədə tövsiyələrini də unutmamışam.

Çox az adam bilir ki, Siz Moskvada “Bakılı” Cəmiyyətinin yara­dılmasında iştirak etdiniz və Moskvada yaşayan bütün soydaşları­mızı birləşdirdiniz. Fəxr edirəm ki, Moskvada mənim 40 illik yubiley sərgimin açılışında iştirak etmisiniz.

Biz ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Almaniyada Azərbaycan Mədəniyyəti Cəmiyyəti yaratmışıq və mədəniyyətimizi, adət-ənənələrimizi təbliğ etməyə çalışırıq.

Dərin hörmətlə,

Əşrəf HEYBƏTOV

Azərbaycanın Almaniyada yaşayan Xalq rəssamı

* * *

Cənab Prezident!

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının fira­vanlığı naminə ardıcıl və yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.

İşğal edilmiş torpaqların azad olunması və bu torpaqlarda müa­sir texnologiyalar əsasında quruculuq işlərinin aparılması, dünyada yaşayan azərbaycanlıların ümummilli dəyərlər ətrafında birləşməsi həm ölkə daxilində, həm də xaricdəki həmvətənlərimizi hədsiz dərəcədə sevindirir. Son iki yüz ildə xalqımızın həm döyüş meyda­nında, həm də bütün digər sahələrdə qalib xalq kimi qürur duyma­sı çox sevindiricidir. Bu, Sizin Ali Baş Komandan kimi rəhbərliyiniz sayəsində tam reallığa çevrilmişdir.

Cənab Prezident, Almaniyada yaşayan soydaşlarımız adından Sizi bir daha doğum gününüz münasibətilə təbrik edirəm.

Hörmətlə,

Yaşar MUSAYEV

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri

* * *

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdır­maqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Emil KONSTANTINESKU

Rumıniyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Buxarestdə fəaliyyət göstərən Levant Mədəniyyəti və Sivilizasiyasının Tədqiqi üzrə Təkmilləşdirmə İnstitutunun (ISACCL) rəhbəri

* * *

Hörmətli cənab Prezident!

İcazə verin, Rusiya Federasiyasının Beynəlxalq Hüquqşünas­lar İttifaqının Krasnoyarsk vilayəti üzrə nümayəndəliyi adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim.

1993-cü ildən bu günə qədər bütün dünya və mütərəqqi bəşəriyyət Azərbaycan Respublikasının siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə əldə etdiyi misilsiz tərəqqinin şahidi olmuşdur.

Seçdiyiniz siyasi kurs Azərbaycan vətəndaşlarının həyatının daim yaxşılaşdırılmasına yönəlib.

Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində yaşayan və işləyən azərbaycanlı, Beynəlxalq Hüquq­şünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü və Krasnoyarsk vilayəti üzrə rəhbəri, Yeni Azərbaycan Partiyasının üzvü olaraq, Si­zin - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Koman­danının rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası və əzəli tarixi Qarabağ torpaqlarının azad olunması istiqamətində qazan­dığınız böyük Qələbəmizə görə Zati-alinizə dərin minnətdarlığımı ifadə edir və qürur hissi keçirdiyimi bildirirəm.

Bütün dünya üçün bu böyük Qələbə Sizin xalqa, Vətənə - Azərbaycana olan fədakar məhəbbətinizin daha bir danılmaz sü­butu oldu.

İcazə verin, Sizə səmimi qəlbdən cansağlığı və uzun ömür ar­zulayım.

Hörmətlə,

Ceyhun CƏFƏROV

Rusiya Federasiyasında fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü, Krasnoyarsk vilayəti üzrə rəhbəri

Hörmətli cənab Prezident!

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Mən elm adamıyam, 30 ilə yaxındır ki, Azərbaycandan uzaqda yaşayıram. Bu illər ərzində bir elm adamı kimi bir çox məqsədlərimə çatmışam. Bu 30 ildə bütün azərbaycanlılar kimi, Vətənimizin uğurlarına sevinmişəm, itkilərinə məyus olmuşam. Vətəndən kənarda bu hisslər daha güclü olur.

Ötən il Siz bizə elə bir sevinc bəxş etdiniz ki, bunu heç nə ilə müqayisə etmək olmaz. Bu, Vətən müharibəsində qazanı­lan Qələbənin sevincidir. Bu, Azərbaycanın müasir dövlətçilik tarixində ən böyük qələbəsidir.

Cənab Ali Baş Komandan, Siz döyüş meydanında Zəfər çal­dınız. Amma XXI əsrin savaşı həm də intellekt savaşıdır. Bu in­tellekt savaşını Siz təkbaşına qazandınız. Mənim fikrimcə, Sizin qələbəniz müasir dövrdəki analoji münaqişələrin həlli üçün bir beynəlxalq nümunədir. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, belə bir beynəlxalq nümunə məhz Sizin adınızla bağlıdır.

Möhtərəm Prezident, mən də Sizə ünvanlanan çoxsaylı təbriklərə qoşularaq Zati-alinizə uzun ömür, cansağlığı və yeni zəfərlər arzulayıram.

Hörmətlə,

Arzu SƏRDARLI

Kanadanın Birinci Millətlər Universitetinin professoru

* * *

Möhtərəm cənab Prezident!

“Palmali” Şirkətlər Qrupunun çoxsaylı kollektivinin hər bir üzvü adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan dövlətinin tərəqqisi və gələcək uğurları naminə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə gördüyünüz bütün işlərdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Müzəffər Ali Baş Komandan, Siz Vətən müharibəsində əldə edilən böyük Zəfəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazdınız. Bir azərbaycanlı olaraq bununla fəxr edir və qürurlanıram. Sizin rəhbərliyinizlə 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il müddətində qurduğu mifi darmadağın etdi. İşğal altında saxlanılan torpaq­larımız mənfur düşməndən azad edildi. Sizin rəhbərliyinizlə or­dumuz bütün dünyaya öz qüdrətini, gücünü, xalqımız isə dəmir yumruq olub Sizin yanınızda olduğunu nümayiş etdirdi. Bu şan­lı Qələbə Azərbaycan tarixində əbədi qalacaq. Siz 44 günlük Vətən müharibəsinin Zəfər çalmış sərkərdəsisiniz. Biz Sizə hər zaman inanırıq və güvənirik. Bu inam və güvən sarsılmazdır.

Tanrı Sizi, qəhrəman ordumuzu və Azərbaycanımızı qorusun!

Hörmətlə,

Mübariz QURBANOĞLU

“Palmali” Şirkətlər Qrupunun rəhbəri

* * *

Möhtərəm İlham Heydər oğlu!

Adıgey Respublikası və Krasnodar diyarı Müsəlmanlarının Ruhani İdarəsi adından və şəxsən öz adımdan Sizi yubileyiniz - anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Bizim təbriklərimizi Sizə dərin hörmət və minnətdarlıq əlaməti kimi qəbul edin. Biz Sizin təkcə Azərbaycan Respublika­sında deyil, bütün Qafqazda İslamın qorunub saxlanması və in­kişafı üçün səylərinizi yüksək qiymətləndiririk. Sizin müdrikliyiniz və həyat təcrübəniz bizim dinimiz əsasında Qafqaz xalqlarının mənəvi birliyinin möhkəmlənməsinə xidmət edir.

Sizə, doğmalarınıza və yaxınlarınıza səmimi qəlbdən aydın səma, möhkəm cansağlığı, qəlb hərarəti, bolluq, rifah və Ulu Tanrının mərhəmətini diləyirik.

Qoy həyatınızın qarşıdakı illəri nəzərdə tutduğunuz planla­rın gerçəkləşməsi illəri olsun, Azərbaycan Respublikasına çoxlu xoşbəxt günlər və firavanlıq gətirsin, sevincinizi artırsın, xeyir­xah işlər görmək imkanı bəxş etsin.

Mərhəmətli və qadir Allah Sizi qorusun.

Hörmətlə,

Askarbiy KARDANOV

Rusiya Federasiyası Adıgey espublikası və Krasnodar diyarının müftisi

* * *

Möhtərəm cənab Prezident!

Altmış illik yubileyiniz münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan, ali dövləti vəzifənizdə Sizə yeni uğurlar diləməkdən böyük şərəf hissi du­yuruq.

Zati-alinizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclərinin inkişafı ilə bağlı qəti mövqeyinin ifadəsi olaraq 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş Assambleyasının təsis iclasının keçirilməsi, onun İƏT-in filialı olaraq beynəlxalq təsisat kimi formalaşmasına və inkişa­fına güclü dəstəyin davam etdirilməsi, eləcə də İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Azərbaycan hökuməti tərəfindən Bakıda ev sahibliyi edilməsi regionun digər liderləri üçün nümunədir. Gənclər Forumunun təsis olunmasını Azərbaycan Respublikasının İƏT-ə verdiyi mühüm töhfə kimi qəbul etməyiniz bizi çox qürurlandırır. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti olaraq bizə göstərdiyiniz etimadla, dəstəklə fəxr edir, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəməməyə çalışırıq.

Müzəffər Ali Baş Komandan, Sizin yürütdüyünüz uğurlu da­xili və xarici siyasət nəticəsində Azərbaycan öz ərazilərini işğal­dan azad edib və 30 ildən çox davam etmiş ədalətsizliyə son qoyub. Bu Zəfəri təkcə Azərbaycan xalqı deyil, bütün İslam dün­yasının gəncləri qeyd edirlər. Zati-alinizin azad edilmiş ərazilərin dirçəldilməsi ilə bağlı xoşməramlı planları və təqdirəlayiq möv­qeyi bizdə xoş təəssüratlar yaradır.

Bu əlamətdar gündə İƏT ölkələrinin həmrəyliyinə göstərdiyiniz dəstəyə, eləcə də qardaş Azərbaycan xalqının inkişafı naminə nəcib fəaliyyətinizə görə Sizə bir daha ən xoş arzularımızı bildirməkdən şərəf hissi duyuruq.

Möhtərəm Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, müvəffəqiyyətlər və firavanlıq arzulayırıq.

Sizə olan ən yüksək ehtiramımızı və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.

Hörmətlə,

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti

* * *

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Dünyaya müdrik, əvəzsiz şəxsiyyətlər nadir hallarda gəlir. Bunlardan biri də Sizsiniz - Vətənini, millətini sevən, ümumbəşəri dəyərlərə yiyələnən, mütərəqqi və yaradıcı düşünən, Azərbaycanı dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevirən böyük siyasətçi, böyük dövlət xadimi İlham Heydər oğlu Əliyevdir. Sizin sinənizdə döyünən ürək Azərbaycanımızın səadət rəmzidir. Ancaq belə bir ürəyin sahibi bütün məlum çətinliklərə qalib gələ bilərdi və bunu şərəflə bacardı da.

Cənab Prezident, Sizi doğum gününüz münasibətilə təbrik edir, əzmkar fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Natiq İBRAHIMOV

Qazaxıstan Respublikasının Türkistan vilayətində Azərbaycan diasporunun rəhbəri

Əziz cənab Prezident!

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz yorulmaz əməyiniz və uzaqgörən siyasətinizlə hər zaman Azərbaycanımıza beynəlxalq aləmdə böyük uğurlar qazandırırsınız. Siz ümummilli lider Heydər Əliyevin ideyaları­nı və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsini uğurla davam etdirirsiniz. Vaxtilə Ulu Öndər də milyonlarla azərbaycanlının Prezidenti olub. Sizə çox təşəkkür edirik ki, dünya azərbaycanlılarını bir araya gətirdiniz, dəmir yum­ruğunuzla 44 günlük Vətən müharibəsində xalqımıza tarixi Zəfər qazandırdınız. Dünya azərbaycanlılarının heç vaxt belə güclü birliyi olmamışdı. Bu, məhz Sizin siyasi iradəniz sayəsində oldu.

Hörmətli cənab Prezident, Sizin yorulmaz əməyinizi və əzminizi gördükcə biz qürbət ölkədə uğurlu siyasi kursunuza uy­ğun olaraq daha böyük ruh yüksəkliyi ilə fəaliyyət göstəririk. İnanı­ram ki, xaricdə doğulub boya-başa çatan bütün həmvətənlərimiz mənimlə eyni fikirdədirlər. Siz dünya azərbaycanlılarının Lideri olaraq bizim üçün qürur mənbəyisiniz. Hər zaman Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun.

Dərin hörmətlə,

Şervin NƏCƏFPUR

Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri

* * *

Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin sərkərdəliyinizlə Vətən müharibəsində şanlı Zəfər qa­zanan xalqımızın qələbə sevinci ilə yaşadığı, qurub-yaratdığı, öz tarixinin yeni mərhələsinə qədəm qoyduğu bir şəraitdə Zati-alinizi doğum gününüz münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır. Siz 2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik dəyərlərini uca tutaraq bəyan etdiyiniz böyük hədəflərə çatmaq üçün həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl siyasət həyata keçirirsiniz. Ölkəmizi bugünkü Qələbəyə çatdıran güclü dövlət konsepsiyasının gerçəkliyə çevrilməsi bu siyasətin möhtəşəm təntənəsini nümayiş etdirir. Bu böyük yolda ən güclü enerji qay­nağı dövlət-xalq birliyi və bütövlüyüdür. Vətən müharibəsində rəşadətli Ordumuzun dünyaya nümunə olan qəhrəmanlığının və şanlı Zəfərinin başlıca ilham mənbəyi də bu birlik və bütövlükdür. Sizin rəhbərliyinizlə ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etmiş, möhtəşəm uğurlar qazanmışdır.

Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil və mü­asir Azərbaycanımızın inkişafı naminə müvəffəqiyyətlə həyata keçirdiyiniz məqsədyönlü, uğurlu və səriştəli fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

Elsevər MƏMMƏDOV

Benilüks Azərbaycanlıları Konqresinin sədri

* * *

Çox hörmətli cənab İlham Heydər oğlu!

Sizi 60 illik yubileyiniz münasibətilə “CLAAS Group” şirkətinin bütün kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə cansağlığı və ali dövləti fəaliyyətinizə uğurlar arzulayıram. Qoy Sizin səyləriniz Azərbaycan Respublikasında rifah, sülh və sabitliyi daha da möhkəmləndirsin!

Fürsətdən istifadə edərək Sizə uzun illərə söykənən əməkdaşlığa görə ürəkdən təşəkkür edirik. Eyni zamanda, qeyd etmək istərdik ki, Azərbaycan “CLAAS Group” şirkəti üçün Qaf­qazda strateji rola malikdir. Biz daim şirkətin kənd təsərrüfatı maşınları və xidmətləri ilə bağlı azərbaycanlı fermerlərin yüksək məmnunluğuna nail olmağa çalışırıq.

Dərin hörmətlə,

Xristian RADONS

Almaniyanın “CLAAS Group“ şirkətinin icraçı direktoru, İdarə Heyətinin üzvü

* * *

Zati-aliləri!

Doğum gününüz münasibətilə Çin İctimai Diplomatiya As­sosiasiyası adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizin şəxsi dəstəyi və səyləri sayəsində Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri son illərdə daim inkişaf edərək ən yüksək səviyyəyə çatıb. Ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə Çinin Yunnan vilayətinin Malipo qəsəbəsindəki 2 nömrəli ibtidai məktəbin idman meydançası yenidən qurulub. Bu təşəbbüs yerli tələbələr və müəllimlər tərəfindən yüksək qiymətləndirildi və Sizin Çində kənd yerlərinin dirçəldilməsi işinə verdiyiniz əhəmiyyəti nü­mayiş etdirdi.

Mən məmnuniyyətlə ali diqqətinizə çatdırmaq istərdim ki, Ni­zami Gəncəvi Beynəlxalq Mərkəzi Çin İctimai Diplomatiya Asso­siasiyası ilə sıx əməkdaşlıq əlaqələri saxlayır. Ötən il Mərkəzin və Assosiasiyanın birgə təşkilatçılığı ilə “COVID-19-dan son­rakı dövrdə beynəlxalq düzən və qlobal idarəetmə” mövzusun­da forum keçirilib. Həmin forumda multilateralizmin qorunma­sı və yeni növ beynəlxalq münasibətlərin qurulması ilə bağlı səmərəli müzakirələr aparılıb. İnanıram ki, xalqlarımızın mədəni əlaqələrinin inkişaf etdirilməsi ölkələrimiz arasında qarşılıqlı an­laşma və etimadı daha da möhkəmləndirəcək və bu, ikitərəfli əməkdaşlığın inkişafına çox güclü təkan verəcək.

Mən Çin İctimai Diplomatiya Assosiasiyasının prezidenti kimi xalqlarımız arasında dostluğun təşviqi və ikitərəfli əlaqələrin inki­şafı istiqamətində səylərimi əsirgəməyəcəyəm.

Azərbaycan xalqının Sizin rəhbərliyinizlə daha xoşbəxt və firavan yaşamasını səmimi-qəlbdən arzulayır, Çin-Azərbaycan dostluğunun əbədi olmasını diləyirəm.

Hörmətlə,

Vu HAYLONQ

Çin İctimai Diplomatiya Assosiasiyasının prezidenti

* * *

Möhtərəm İlham Heydər oğlu!

Azərbaycan Yəhudi İcması adından və şəxsən öz adımdan Sizi yubileyiniz münasibətilə səmimi minnətdarlıq və təşəkkür hissləri ilə təbrik etmək istəyirəm.

Yəhudi inamına görə, insanın doğum günündə Ulu Tanrı qərara alır ki, dünya bu yeni doğulmuş insanın ruhu olmadan mövcud ola bilməz. Sizin timsalınızda bu inamın nə dərəcədə düzgün oldu­ğunu görürük. Siz Azərbaycan yəhudilərinə tolerant münasibətin qarantı olmaqla bərabər, həm də bütün müsəlman aləmində yəhudilərə bu cür münasibəti aşılayırsınız. Bundan əlavə, Sizin qərarlarınız Azərbaycan Yəhudi İcmasının gələcəyini təmin edir.

Azərbaycan dövləti təkcə bu il ərzində iki çox mühüm qərar qəbul edib: Bakı şəhərində yəhudi məktəbinin qismən maliyyələşdirilməsi və yeni mikvanın tikintisinin dəstəklənməsi haqqında. Bu layihələr ənənəvi təhsili və ailə həyatının saflığı qanunlarının yerinə yetirilməsini təmin edir. Bu iki mühüm tövsiyə yəhudi xalqını minilliklər boyu qoruyub saxlayıb. Məktəb və mikva yəhudi icmasına, sadəcə, həyat bəxş etmir, onlar Azərbaycanda yəhudilərin uzunmüddətli və xoşbəxt gələcəyinə ümid bəxş edir, çünki bu, yəhudilərin tamdəyərli həyatı üçün zəruri infrastruktur deməkdir. Biz əminik ki, Ulu Tanrı onun övladlarının həmrəylik şəraitində yaşamasını görəndə səmimi-qəlbdən sevinir. Sizin səyləriniz sayəsində dünyada bütün xalqların və bütün dinlərin nümayəndələrinin dinc şəraitdə yaşadığını və üstəlik, bir-birinə kömək etdiyini görəndə Ulu Tanrı da sevinir, ölkəmizin rəhbərliyinin hər bir arzusunu yerinə yetirməyə, onun güclü iqtisadiyyatını, la­yiqli təhsilini, həyatın bütün sahələrində tərəqqisini təmin etməyə hazırdır.

Daimi qayğınıza və dəstəyinizə görə Sizə hədsiz təşəkkür edi­rik. Qoy Ulu Tanrı Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uzun ömür, bütün təşəbbüslərinizdə uğurlar və firavanlıq bəxş etsin! Əlbəttə, arzu edirik ki, Allah Sizin övladlarınıza və nəvələrinizə hər cür nemət bəxş etsin, Siz isə onlara baxıb xoşbəxt olasınız.

Hörmətlə, ən xoş arzularla,

Şneor SEQAL

Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini

Möhtərəm cənab Prezident!

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı bildirir, Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Ölkəmizin sosial-iqtisadi, dövlət quruculuğu sahələrində və beynəlxalq aləmdə qazandığı bütün nailiyyətlər şübhəsiz ki, Si­zin adınız, rəhbərliyiniz altında həyata keçirilən ardıcıl daxili və xarici siyasət ilə ayrılmaz surətdə bağlıdır. Yüksək təşkilatçılıq qabiliyyətiniz, dəqiq strateji siyasətiniz, ən mürəkkəb məsələlərin həllinə uzaqgörənliklə yanaşmanız Sizə nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nü­fuz qazandırmışdır. Yenilməz iradəniz Vətənimizə, xalqımıza şanlı Qarabağ Zəfərini yaşatmış, milli iftixar hissimizi gücləndirmişdir.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, rəhbəri olduğum Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi adından və şəxsən öz adımdan Sizə bir daha səmimi-qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini, ölkəmizə isə sülh, firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Əli ƏLIYEV

Kiyevdə fəaliyyət göstərən Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri

* * *

Möhtərəm cənab Prezident!

Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi və Azərbaycan icması adından, şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırıram.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və müəyyən etdiyi dövlətçilik strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli və di­namik inkişafını təmin etmişdir. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar və müxtəlif sahələrdə aparılan quruculuq işləri, siyasi sabitlik doğma ölkəmizin daha da qüdrətlənməsinə təkan verir.

Biz bilirik ki, qarşıda görülməli işlər çoxdur və əminik ki, nəzərdə tutulan bütün planlar Sizin rəhbərliyinizlə uğurla həyata keçiriləcək. Azərbaycanla bağlı tarixi həqiqətlərin, müstəqillik dövrünün uğurlarının beynəlxalq aləmdə, o cümlədən Balkan regionunda təbliğ olunması işində Mərkəzimiz Sizin qətiyyətli və çevik xarici siyasət kursunuzdan ilham alır.

Möhtərəm cənab Prezident, bu əlamətdar yubiley münasibətilə Sizə bir daha uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın daha da inkişafı naminə məsuliyyətli, çətin və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik.

Dərin hörmət və ehtiramla,

Zərifə ƏLI-ZADƏ

Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin sədri

* * *

Çox hörmətli İlham Heydər oğlu!

İcazə verin, Aktau şəhərində yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim. Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Siz xalqımızı bir araya gətirib ruhumuzu bütövləşdirdiniz, şanlı və şərəfli tarix yazdınız - Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etdiniz. Siz uğurlu siyasətinizlə, iradə və əzminizlə Azərbaycan xalqına Zəfər qazandırdınız, onu qalib xalq etdiniz.

Müzəffər Ali Baş Komandan, Sizi bir daha ürəkdən təbrik edi­rik. Sizə firavanlıq və müdrik dövlətçilik fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr arzulayırıq.

Hörmətlə,

Şəmsədin HÜSEYNOV

Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan diasporunun rəhbəri

* * *

Möhtərəm cənab Prezident!

Monteneqroda yaşayan azərbaycanlılar adından Sizi yu­bileyiniz münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ali və şərəfli vəzifənizdə yeni nailiyyətlər arzulayırıq.

Mənalı ömrünüzün tam yarısı dövlətimizin müstəqillik illərinə təsadüf edir. Azərbaycanın müstəqilliyinin, dövlətçiliyimizin qo­runmasında, möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı kimi Sizin müstəsna və ta­rixi xidmətləriniz var. 44 günlük Vətən müharibəsində yüksək zəkanız, diplomatik məharətiniz və cəsarətinizlə qalib xalqın müzəffər Lideri adını Azərbaycanın müasir tarixinə həkk etdiniz.

Ölkə hüdudlarından kənarda yaşayan diaspor nümayəndələri olaraq dövlətimizin xarici siyasətini xüsusi maraq və diqqətlə izləyir, bu sahədə biz də necə iştirakçı və dəstəkçi ola biləcəyimizi daim düşünür, əlimizdən gələni əsirgəmirik. Sizin uğurlu, qətiyyətli, cəsarətli və ümummilli maraqlarımıza söykənən praq­matik xarici siyasətiniz sayəsində Azərbaycan bu gün multikon­fessional, multikultural, tolerant, dövlət-xalq birliyinin mövcud olduğu, öz ərazi bütövlüyünü bərpa etmək gücünə malik, bütün beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşan, etibarlı tərəfdaş olan, siyasi və iqtisadi sabitliyini qoruyan, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin açarı sayılan, humanitar fəaliyyəti ilə tanınan, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qa­lan dörd qətnaməsini 44 gün ərzində təkbaşına yerinə yetirmək qüdrətinə sahib bir ölkə kimi qəbul edilir. Bir Azərbaycan vətəndaşı olaraq digər dövlətlərin ölkəmizin qarşıya qoyduğu təşəbbüs və şərtlərlə hesablaşmaq məcburiyyətində qalmaların­dan qürur duyuram.

Sizi bir daha səmimi-qəlbdən təbrik edirik. Siz xalqımıza Zəfər sevincini bəxş etdiniz. Uca Tanrı bütün arzularınızı çin et­sin, yar və yardımçınız olsun!

Dərin ehtiramla,

Seyran MIRZƏZADƏ

Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Mərkəzinin direktoru

* * *

Hörmətli İlham Heydər oğlu!

İcazə verin, 60 illik yubileyiniz münasibətilə Sizi təbrik edim və səmimi arzularımı bildirim.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan müstəqil, sabit və mütərəqqi dövlətin təşəkkülündə sanballı nəticələr qazanıb. Si­zin qəbul etdiyiniz qərarlar Azərbaycanın rifahına xidmət edən beynəlxalq əlaqələri möhkəmləndirir və genişləndirir.

Sizə əmin-amanlıq, iqtisadi və siyasi sabitlik, möhkəm can­sağlığı və tükənməz enerji arzu edirəm.

Səmimi və dərin hörmətlə,

Seyfəddin MƏRDANLI

Rusiyanın “EKOLab” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Rusiya Federasiyasının Əməkdar səhiyyə işçisi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Federal Dövlət Muxtar ali təhsil müəssisəsinin Epidemiologiya kafedrasının professoru, Dövlət Humanitar-Texnoloji Universitetinin Farmakologiya və əczaçılıq fənləri kafedrasının professor

Hörmətli cənab Prezident!

Əlamətdar yubileyiniz – doğum gününüzün 60 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, Azərbaycanın və dəyərli Azərbaycan xalqının firavanlığı naminə ali dövləti vəzifənizin ic­rasında yeni uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqları­mız arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və dərinləşdirilməsinə şəxsi töhfələrinizi vurğulayır, qarşılıqlı ma­raqlarımız əsasında münasibətlərimizin birgə inkişafına və genişləndirilməsinə həmişə hazır olduğumu bildirirəm.

Həmçinin Azərbaycanın təkcə yerləşdiyi regionda deyil, Qərbi Balkanlarda, Avropada və beynəlxalq aləmdə də layiqli yerini tutmasında Sizin şəxsi xidmətlərinizi xüsusilə vurğulamaq istəyirəm.

Sizinlə ən yaxın zamanda görüşmək ümidi ilə yüksək ehtira­mımı və dost salamlarımı çatdırıram.

Hörmətlə,

Milo CUKANOVIÇ

Monteneqronun Prezidenti

***

Əziz Prezidentimiz!

Yubileyiniz münasibətilə Sizi Almaniyanın Münxen şəhərində yaşayan azərbaycanlılar adından ürəkdən təbrik edirəm. Sizə və əzizlərinizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi xalqı­mıza çox görməsin.

Münxen azərbaycanlıları ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizə hər zaman dəstək olub və bundan sonra da olacaqlar.

Fürsətdən istifadə edərək, xalqımıza bəxş etdiyiniz Zəfərə görə Sizə “Çox sağ olun!” deyirəm.

Var olun, cənab Prezident!

Hörmətlə,

Səttar KƏRIMOVA

lmaniyada fəaliyyət göstərən Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri

***

Zati-aliləri!

Sizi 60 illik yubileyiniz münasibətilə böyük qürur hissi ilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın inkişafı yolunda əzmkar fəaliyyətiniz bizim üçün nümunədir. Bu gün Azərbaycan dövlətinin beynəlxalq aləmdə sabitlik və əmin-amanlıq məkanı olaraq nümunə göstərilməsi məhz Sizin sayənizdə mümkün olmuşdur. Fəxr edirik ki, artıq Sizin təşəbbüsləriniz beynəlxalq birlik tərəfindən qəbul edilir. Dünya dövlətləri Sizin qlobal təşəbbüslərinizi özlərinə örnək bilirlər.

Hörmətli Prezident, Sizin siyasi iradənizin nəticəsi olaraq Azərbaycan dövləti koronavirusla və Vətən müharibəsində düşmənlə mübarizədə uğurlu qələbə qazandı. Sizin adınız qüdrətli Lider kimi Zəfər tariximizin salnaməsinə qızıl hərflərlə yazılıb. Bu gün dünya azərbaycanlıları Zəfər çalan sərkərdə ola­raq Sizinlə fəxr edirlər. Hər zaman Sizin dəmir yumruğunuzun ətrafında birləşməkdən qürur duyuruq.

Doğma Vətənimizin rifahı naminə yeni və daha böyük işlər görmək üçün Sizə tükənməz enerji və cansağlığı arzulayırıq.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Hörmətlə,

Ramiz MƏMMƏDOV

Rusiya Federasiyası Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri

Hörmətli İlham Heydər oğlu!

Qazaxıstan Respublikasının Kostanay vilayətində yaşayan azərbaycanlılar adından sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Sizin apardığınız müstəqil siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanmış, ümumdün­ya müstəvisində özünə layiqli yer tutmuş, ölkə daxilində uzunmüddətli sabitliyə və sürətli iqtisadi inkişafa nail olmuşdur.

Vətən müharibəsindəki Zəfərimiz, işğal altındakı torpaqları­mızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olun­ması bizi də çox sevindirdi. Həmin ağır və şərəfli günlərdə qardaş Qazaxıstan Respublikasında yaşayan azərbaycanlılar da xalqı­mızın, dövlətimizin yanında oldular, Azərbaycan həqiqətlərinin başqa xalqların nümayəndələrinə çatdırılmasında öz töhfələrini verdilər.

Əminik ki, yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycan so­sial-iqtisadi sahədə, dövlət quruculuğunda, beynəlxalq aləmdə daha böyük nailiyyətlər əldə edəcək.

Hörmətli cənab Prezident, əlamətdar yubileyiniz münasibətilə Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Rafail HACIBALAYEV

Qazaxıstan Respublikası Kostanay Vilayəti Azərbaycanlıları İctimai Birliyinin sədri

***

Möhtərəm Prezident!

Qalib Azərbaycanın, qəlbi daim Vətənlə döyünən dünya azərbaycanlılarının böyük sərkərdəsi.

Yeni tarix yazan, Avrasiyada yeni geosiyasi reallıqlar yara­dan və dünya güclərini bu gerçəkliklər, tarixi ədalət qarşısında sayğı göstərməyə vadar edən iradəli dövlət başçımız.

Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı möhtəşəm ruh yüksəkliyi, birlik ruhu yaşayır. Bu unudulmaz günlərimizin, həmrəyliyimizin, əzmimizin me­marı Sizsiniz, cənab Prezident! Müdrik və ardıcıl siyasətiniz sayəsində biz - dünyanın dörd bir yerində yaşayan diaspor üzvləri məğrur, şərəf və ləyaqətini hər şeydən üstün tutan qəhrəman xalqın nümayəndələri olaraq başıuca gəzirik.

İndi Azərbaycanımız üçün də, bizim hər birimiz üçün də yeni qələbələr dövrü başlayıb - Qarabağı cənnətə çevirmək uğrunda gecəli-gündüzlü çalışmaq, hər gün daha bir zəfərə imza atmaq, hər saatda daha bir qarış Vətən torpağını gülüs­tan etmək kimi hədəflərimiz var. Biz bu mərhələnin hər anında həmişə müntəzir əsgər olaraq yanınızdayıq, cənab Ali Baş Komandanımız!

Cənab Prezident, Siz qətiyyətli baxışları, iti zəkası, dəmir yumruğu, təmkini ilə bütün siyasətçilərə, yurd sevgisi ilə hər birimizə örnək olan sevimli Liderimizsiniz.

Bizə yaşatdığınız qürurun haqqı yalnız ümmansız sevgi və sədaqətlə ödənilə bilər.

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Sizə dəyərli Mehriban xanımla və bütün sevdiklərinizlə bərabər səadət dolu günlər arzu edirik.

Hörmətlə,

Natiq BAĞIROV

Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri, “Şöhrət” ordenli, Belarusun Əməkdar idman ustası

***

Hörmətli cənab Prezident!

Yubileyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı, xoşbəxtlik və firavan ömür arzulayıram.

Siz dünya azərbaycanlılarının Liderisiniz. Azərbaycan xalqı­nın ümummilli lideri Heydər Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu siyasətini layiqincə davam etdirirsiniz. Qlo­ballaşan dünyada, inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə Azərbaycanın mənafeyini müvəffəqiyyətlə müdafiə edirsiniz. Sizin uğurlu xarici siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Həyata keçirdiyiniz müdrik daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib.

Sizin rəhbərliyinizlə ölkəmizdə reallaşdırılan mühüm islahat­lar, gündən-günə genişlənən böyük quruculuq və abadlıq işləri, əhalinin rifahını yaxşılaşdırmaq üçün gördüyünüz tədbirlər Sizə xalqın böyük sevgisini qazandırmışdır.

Müzəffər Ali Baş Komandan, Siz həm siyasi arenada, həm də döyüş meydanında Zəfər çalan, Azərbaycanın torpaqlarını 30 illik işğaldan 44 gün ərzində azad edən, ərazi bütövlüyümü­zü bərpa edən böyük sərkərdəsiniz. Sizin rəhbərliyinizlə uğurla başa çatan “Dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistanın illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində dar­madağın edildi, Azərbaycan tarixi Qələbə qazandı.

Cənab Prezident, Sizi bir daha təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Leyla BAĞIRZADƏ

İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru

***

Möhtərəm cənab Prezident!

Özbəkistanda yaşayan azərbaycanlılar, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi adından Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Ürəyində Azərbaycan sevgisi ilə yaşayan bütün azərbaycanlılar vətəndaşı olduqları ölkələrdən asılı olmayaraq, Sizə böyük hörmət bəsləyirlər. Çünki məhz Sizin Ali Baş Koman­danlığınızla Azərbaycan Ordusu torpaqlarımızın illərlə davam edən işğalına son qoydu.

Siz postmüharibə dövründə də Azərbaycanı dünyaya sülhsevər ölkə kimi tanıdırsınız. Bu, xalqımıza, dövlətimizə xas olan xüsusiyyətdir, keçmişə nəzər salsaq, demək olar ki, tarixi irsimizdir. Millətini sevən hər bir azərbaycanlı lazım olan anda “Təki Vətən sağ olsun!” deyərək torpaq uğrunda canını qurban verməyə hazır olduğunu da sübut etdi.

Siz, eyni zamanda, qalib ölkə, Müzəffər Ali Baş Komandan, dünya siyasətinin incəliklərini mükəmməl bilən, təcrübəli dövlət başçısı kimi humanistlik nümayiş etdirərək sülhə tərəfdar oldu­ğumuzu dünya ictimaiyyətinə bəyan edirsiniz.

Cənab Prezident, ümummilli liderimiz Heydər Əliyev xarici ölkələrə səfəri zamanı diaspor üzvləri ilə görüşdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına önəm verməyimizi tövsiyə edirdi. Sizi əmin edirik ki, diaspor üzvlərimiz bu istiqamətdə səylərini davam etdirir və daha da gücləndirirlər.

Hörmətli Prezident, Sizə və ailə üzvlərinizə Allahdan möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli işinizdə uğurlar diləyirəm.

Tanrı Sizə yar və yardımçı olsun!

Hörmətlə,

Firdovsi HÜSEYNOV

Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri

***

Hörmətli cənab Prezident!

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram.

1980-ci ildə türk dünyasının tanınmış alimi Turan Yazqan tərəfindən yaradılmış Türk Dünyası Araşdırmaları Vəqfi 41 il­dir türkdilli ölkələrdə təhsil, elm və mədəniyyət sahələrində fəaliyyətini davam etdirir.

Biz Azərbaycanda da fəaliyyət göstəririk. Qardaş ölkədə açdığımız təhsil qurumları, Türk Dünyası Bakı Atatürk Liseyi, Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası iqtisad fakültəsi 30 ildir gənclərə mükəmməl təhsil verir.

Cənab Prezident, müstəqilliyinin bərpasından sonra bö­yük siyasi, iqtisadi, hərbi və strateji problemlərlə üz-üzə qalan Azərbaycanın ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə yaratdığı sağlam təməllər üzərində sürətlə dirçəlməsinə, daha sonra Sizin güclü və qətiyyətli rəhbərliyinizlə mühüm uğur­lar qazanmasına, inkişaf etməsinə və dünyada söz sahibinə çevrilməsinə, ən əsası, işğal altındakı vətən torpaqlarının Ali Baş Komandanlığınızla azad edilməsinə görə böyük sevinc və qürur hissi duyuruq.

Hörmətli Prezident, Azərbaycanı daha yüksək zirvələrə ucaldacağınıza səmimi-qəlbdən inanır, bu yolda Sizə uğurlar diləyirəm.

Dərin ehtiramla,

Közhan YAZQAN

Türk Dünyası Araşdırmaları Vəqfinin Baş direktoru

***

Zati-aliləri!

Əlamətdar yubileyiniz münasibətilə Sizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycan Respublikasının dəyərli Prezidenti kimi vəzifənizi şərəflə yerinə yetirirsiniz. Bu tarixi missiyanı müvəffəqiyyətlə da­vam etdirməyiniz üçün Sizə uğurlarla dolu daha neçə-neçə illər arzulayıram.

Cənab Prezident, qələbələrinizin təsdiqi bu gün Azərbaycanda gördüklərimizdir. Azərbaycan çox böyük inkişafa nail olmuşdur. Bir tərəfdən, ölkədə çoxpartiyalı siyasi sistem for­malaşmış, digər tərəfdən isə iqtisadi və sosial baxımdan sürətli inkişaf əldə edilmişdir. Azərbaycanı 20 il əvvəl və indi görən in­sanlar inkişafın fərqindən heyrətlərini gizlətmirlər. Bu, Sizin par­laq nailiyyətlərinizin nəticəsidir.

Hörmətli cənab Prezident, Siz möhtəşəm nəticələrə imza atan, xalqımızın rifahı, xoşbəxtliyi, ən əsası, dünya azərbaycanlılarının birliyi üçün çalışan nüfuzlu Lidersiniz. Azərbaycanın Prezidenti, Ali Baş Komandanı olaraq Sizin uğurlu siyasətiniz sayəsində 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz tarixi Zəfər qa­zandı. Bir şəhid qardaşı olaraq bu şanlı Zəfərin sevincini yaşa­maqdan mən və ailə üzvlərimiz qürur duyuruq.

Sizə Azərbaycanımıza və xalqımıza xidmət işində yeni qələbələr arzulayıram.

Yaşasın Azərbaycan Prezidenti!

Hörmətlə,

Əli KAZIMOV

Moskva şəhərinin Qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri

***

Hörmətli cənab Prezident!

Altmış illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və firavanlıq arzulayıram.

Siz Prezident olaraq Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafına çox böyük töhfə vermisiniz. Ölkəmizdə əmin-amanlığın qorunub saxlanmasında və dünya azərbaycanlıları arasında həmrəyliyin möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərmisiniz. Biz - Rusiya Federasiyasının Tıva Respublikasın­da yaşayan azərbaycanlılar vətənimiz Azərbaycanla fəxr edirik. Vətənimiz və onun rəhbəri, yəni, Sizin haqqınızda xoş sözlər eşitmək bizi çox sevindirir.

Möhtərəm Prezident, Sizə dərin minnətdarlığımı bildirir, doğ­ma Azərbaycanımızın daha da inkişafı üçün səmərəli işlərinizdə uğurlar arzu edirəm.

Yubileyiniz mübarək, möhtərəm Prezident!

Hörmətlə,

Çingiz ƏLIYEV

Rusiya Federasiyasının Tıva Respublikasının Karate Federasiyasının prezidenti,Respublika paytaxtının yerli qanunvericilik məclisinin - Ali Xuralın deputatı

MƏKTUBLAR bölməsi