Sandu Moldovanın NATO-ya üzv olmasını istisna edir
XARİCİ XƏBƏRLƏR
29 Dekabr
04:13

Prezident Maya Sandu Pro TV telekanalının efirində bildirib ki, Moldova NATO-ya üzv olmaq niyyətində deyil və bu, ölkənin konstitusiyasına görə qadağandır.
Moldova Prezidenti qeyd edib ki, konstitusiya Şimali Atlantika alyansına qoşulmağı istisna edir: “Konstitusiyada yazılıb ki, biz neytral ölkəyik, konstitusiyanı heç kim dəyişməyib, belə təşəbbüs də yoxdur, biz heç kimə hərbi təhlükə yaratmırıq, vəziyyətin sülh yolu ilə inkişafını istəyirik”.
“Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib