Miqrantlar xilas edilib

XARİCİ XƏBƏRLƏR
28 Dekabr
10:17

 

La-Manş boğazını keçməyə çalı­şan 67 miqrant boğulmadan xilas edilib. 2 kiçik qa­yıqla Böyük Britaniyaya keçmək istəyən miqrantlar Sərhəd Qüvvələri tərəfindən xilas olunaraq Kent şəhərinin Dover limanına gətirilib.

Böyük Britaniyanın Ədliyyə və qeyri-qanuni miqrasi­ya ilə mübarizə naziri Tom Pursqlov bildirib ki, insanlar kanalı keçməyə çalışmamalı, bunun əvəzinə çatdıqları ilk təhlükəsiz ölkədə sığınacaq tələb etməlidirlər.

Qeyd edilib ki, ötən ay 27 nəfər kanalı keçən za­man qayığın batması nəticəsində boğularaq həyatlarını itirmişdilər.

Xəbəri “The Guardian” verib.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi