Yaponiyada 130 aviareys təxirə salınıb

XARİCİ XƏBƏRLƏR
28 Dekabr
04:12

Soyuq hava və güclü qar Yaponiyada həyatı iflic edib. Sutka ərzində aylıq normanın 70 faizi qədər yağıntı düşüb. Bu meteomüşahidə tarixində rekord göstəricidir.

Güclü qara görə ölkə aeroportlarında 130-dan çox daxili və xarici aviareys təxirə salınıb. Qatarların hərəkəti məcburən dayanıb. 190 nəfər sərnişin məcburən elektrik qatarında gecələyib. Avtomobillər çətinliklə hərəkət edir. Yollarda böyük tıxacların olduğu bildirilir.

Hakimiyyət orqanları əhaliyə müraciət edərək bildiriblər ki, mümkünsə, evdən çıxmasınlar.

Sinoptiklərin məlumatına görə, soyuq və əlverişsiz hava şəraiti bir neçə gün davam edəcək.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi