Karantin qaydaları sərtləşdirilib

XARİCİ XƏBƏRLƏR
26 Dekabr
01:49

 

İtaliyada koronavirusa yoluxma hallarının sayının sürətlə artmasına görə qaydalar daha da sərtləşdirilib. İtali­yanın Baş nazir Mario Draqinin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında ekspertlərin tövsiyələri əsasında yeni qaydaların tətbiqi barədə qərar qəbul edilib. Qərara əsasən, açıq ərazilərdə aksiya və mitinqlər daxil olmaqla, izdihamın yarana biləcəyi bütün bayram tədbirlərinin təşkili qadağan olunub, eləcə də rəqs salonları və diskotekaların fəaliyyəti 2022-ci il yanvarın 31-dək dayandırılıb.

Bundan başqa, açıq havada tibbi maskadan istifadə məcburi olub.

Məlumatı “Euronews” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi