Xarici borc çayla ödəniləcək

XARİCİ XƏBƏRLƏR
26 Dekabr
01:48

İranla Şri-Lanka arasında neftə görə əvvəlki illərdən yığılıb qalmış borcun ödənişi ilə bağlı razılıq əldə olunub. Bunu İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peyman-Pak bildirib. O qeyd edib ki, söhbət əvvəlki illərdə alınmış neft məhsullarından gedir. Şri-Lanka hökuməti 251 milyon dollar borcun əvəzində bu ölkəyə çay tədarük etməyi qərara alıb. ABŞ-ın sanksiyalarına görə bu qədər məbləği İran banklarına transfer etmək mümkün deyil. Digər tərəfdən, Şri-Lanka özü ciddi valyuta qıtlığı ilə üzləşib. Çay ərzaq məhsulu hesab edildiyi üçün heç bir sanksiya riski yaratmır.

Məlumatı “Mehr” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi