“Meta” və “Google” cərimələnib

XARİCİ XƏBƏRLƏR
26 Dekabr
01:48

ABŞ-ın “Meta” şirkəti (“Facebook” sosial şəbəkəsi) Rusiyada qadağan olunmuş məzmunu silmədiyi üçün 27 milyon dollar cərimə edilib. Bildirilir ki, Rusiya məhkəməsi “Google” şirkətini də qadağan olunmuş məzmunu silmədiyinə görə 98,1 milyon dollar cərimələyib.

Xatırladaq ki, Rusiya anoloji hadisəyə görə “Meta”, “Google”, “Youtube”, “Twitter” və “TikTok” kimi şirkətləri bir neçə dəfə cərimələyib.

Məlumatı “Ria.ru” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi