Sabiq prezident əfv edilib

XARİCİ XƏBƏRLƏR
24 Dekabr
23:40

2018-ci ildə korrupsiya və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunaraq 22 il müddətinə azadlıqdan məhrum edilmiş Cənubi Koreyanın sabiq Prezidenti Pak Kın Xe ölkə rəhbəri Mun Çje İnin sərəncamı ilə əfv edilib.

Qeyd edək ki, Cənubi Koreyanın sabiq Prezi­denti Pak Kın Xe 2017-ci il martın 21-də dindirilib. Ölkə prokurorluğu ona qarşı 13 korrupsiya faktı üzrə cinayət işi başlamış­dı. Keçmiş Prezidentin adı korrupsiya qalmaqalında hallandığından ona 2016-cı il dekabrın 9-da impiçment elan edilmişdi. 2017-ci il martın 10-da isə Konstitusiya Məhkəməsi sabiq Prezidentin impiçmentinin təsdiqlənməsi haqqında qərar qəbul etmişdi.

Xəbəri TASS yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi