Maska taxmaq məcburi olacaq

XARİCİ XƏBƏRLƏR
24 Dekabr
23:35

İtaliyanın səhiyyə nazi­ri Roberto Speranza ölkə üzrə küçədə tibbi maska taxmağın məcburi olacağını açıqlayıb. Roberto Speranzanın sözlərinə görə, vətəndaşlar ictimai nəqliyyatda, kinoteatrda, teatrlar­da və stadionlarda FFP2 respira­torlarından istifadə etməlidirlər. Bu məkanlarda qida qəbul etmək də qadağan olunub.

Qeyd edək ki, bundan əvvəl yoluxma sayının çoxalması səbəbilə ölkənin bəzi bölgələrində küçədə tibbi maskadan istifadə məcburi olmuşdu.

Xəbəri CNN yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi