“İsraildə Azərbaycan Evi”nin Koordinasiya Şurasından

MƏKTUBLAR
24 Dekabr
20:19

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

“İsraildə Azərbaycan Evi” diaspor təşkilatının Koordinasiya Şurası üzvlərinin adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizin məqsədyönlü, ardıcıl və yorulmaz fəaliyyətiniz sayəsində Vətən müharibəsində qazanılan şanlı Zəfər qardaş Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olundu. Azərbaycanın Qələbəsi dünyada real şəkildə nümayiş etdirdi ki, bu, igid Azərbaycan əsgərinin və zabitinin, bütün xalqın hərbi, siyasi, mənəvi və texnoloji Qələbəsi, şəxsən Sizin - Azərbaycan Prezidentinin Qələbəsidir.

Biz “İsraildə Azərbaycan Evi” diaspor təşkilatı olaraq hər zaman informasiya müharibəsində və diaspor fəaliyyətində Sizə öz dəstəyimizi verməyə hazırıq.

Azərbaycan Respublikası beynəlxalq miqyasda bütün sahələrdə əhəmiyyətli uğurlar əldə edib. Sizin rəhbərliyinizlə əldə edilən nailiyyətlər gələcək uğurların möhkəm təməlini təşkil edir və bütün türk dünyasında böyük fərəh hissi ilə qarşılanır.

Umud edirik ki, İsrail və Azərbaycan arasında əlaqələrin inkişafına göstərdiyiniz xüsusi diqqət xalqlarımız arasında mövcud tarixi əlaqələrin daha da möhkəmlənməsinə önəmli töhfə verməkdə davam edəcək. Biz, əslən Azərbaycandan olan israillilər çox fəxr edirik ki, Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsidir. Azərbaycanın öz multikulturalizm modeli var. 

Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək “İsraildə Azərbaycan Evi”nin fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin təşəkkürümüzü bildiririk.

Eyni zamanda qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sizə və ailənizə xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

Bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirik.

Dərin hörmət və ehtiramla,

“İsraildə Azərbaycan Evi”nin Koordinasiya Şurası:

Nexamiva Şirin Mixaeli
“İsraildə Azərbaycan Evi - Gələcəyə Ümid” təşkilatinin rəhbəri, Akko şəhərindəki Azərbaycan Dağ yəhudiləri icmasının sədri
 
Arye Gut
“İsraildə Azərbaycan Evi - Gələcəyə Ümid” təşkilatinin icraçı direktoru,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru
MƏKTUBLAR bölməsi