Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fukdan

MƏKTUBLAR
24 Dekabr
19:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Doğum gününüzün 60 illiyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istərdim. Sizə ən xoş arzularımı bildirir və möhkəm cansağlığı, xoşbəxtlik, yüksək vəzifənizdə uğurlar diləyirəm.

Fürsətdən istifadə edərək, Azərbaycana davamlı inkişaf və firavanlıq, beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsini arzulayıram.

Əminəm ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.

Hörmətlə,

 

 

Nquyen Suan Fuk

Vyetnam Sosialist Respublikasının Prezidenti

MƏKTUBLAR bölməsi