İlk SMS hərracda satılıb
XARİCİ XƏBƏRLƏR
24 Dekabr
01:19

Fransada keçirilən “Aguttes” hərracında dünyada göndərilən ilk sms satılıb. Bildirilir ki, NFT formatında olan SMS mesaj 132 min 680 avroya satılıb. SMS-də “Merry Christmas” mətni olub.
Qeyd edilir ki, 1992-ci ilin 3 dekabr tarixində ilk dəfə “Vodafone” şirkətinin mühəndisi Nil Papuort bu mesajı öz həmkarı Riçard Carvisə göndərib.
Adının açıqlanmasını istəməyən alıcı mesajın göndərildiyi orijinal rabitə protokolunu, həmçinin mesajın təsviri olan rəqəmsal çərçivəni alıb.
Məlumatı BBC yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib