70-dən çox planet aşkarlanıb
XARİCİ XƏBƏRLƏR
24 Dekabr
01:19

Avropa Cənub Rəsədxanasının (ESA) alimləri Günəş ətrafında 70-dən 170-dək planet aşkar ediblər. Qeyd edilir ki, ölçüsü və kütləsi baxımından Yupiterlə müqayisə edilə bilən yalançı planetlər istənilən ulduz sistemindən uzaqda yerləşən göy cisimləridir. Son illərdə ulduzlararası mühitin Yerə ən yaxın bölgələrində astronomlar dəqiq mənşəyi və təbiəti hələ aydın olmayan bir neçə həddindən artıq tutqun və soyuq göy cismi müəyyən ediblər. Bəzi astronomlar onları bir sıra mürəkkəb qravitasiya qarşılıqlı təsirləri nəticəsində öz ulduz sistemlərindən atılan böyük planetlər hesab edirlər.
Xəbəri “Nature Astronomy” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib