Sürücüsüz taksilər istifadəyə verilib

XARİCİ XƏBƏRLƏR
24 Dekabr
01:18

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yas adasın­da “Ferrari” modeli olan sürücüsüz taksilər xidmətə başlayıb. Bildirilir ki, bu taksilərin xidmətindən yarar­lanan sərnişinlər “Google Play” və ya “iOS App Store”də olan müvafiq proqramlardan istifadə edirlər. Sürücüsüz taksilərin sahibi “Bayanat” şirkətidir.

Şirkətin məlumatına görə, ən yüksək texnologiya ilə təmin olunmuş taksilər sərnişinlərin yerləşdiyi və gedəcəyi ünvanı qəbul etdikdən sonra onları lazımi məntəqəyə çatdırır.

Xəbəri “Əl Ərəbiyyə” verib.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi