264 milyon dollarlıq təyyarə
XARİCİ XƏBƏRLƏR
24 Dekabr
01:15

Məşhur rus iş adamı və milyarder Roman Abramoviç dünyanın ən bahalı təyyarəsini satın alıb. O, “Boeing 787- 8 Dreamliner” layneri üçün 264 milyon dollar ödəyib. Bildirilir ki, ilkin qiyməti 250 milyon dollar olan təyyarənin bu qiymətə başa gəlməsinin səbəbi Abramoviçin laynerdə bəzi dəyişikliklər edilməsini tələb etməsi olub. Məlumata görə, İsveçrənin Bazel şəhərində son işləri görülən təyyarə dekabrın 18-də Moskvaya uçub.
Qeyd edək ki, milyarder daha əvvəl dünyanın ən bahalı super yaxtalarından olan “Solaris” üçün 1,2 milyard ABŞ dolları ödəmişdi. Ümumiyyətlə, o, həm də bahalı avtomobil kolleksiyaçısı kimi tanınır.
Məlumatı “Daily Mail” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib