Britaniyada yeni antirekord

XARİCİ XƏBƏRLƏR
24 Dekabr
01:10

 

Böyük Britaniyada yeni antirekord qeydə alınıb. Son sutka ərzində ölkədə 106 min 122 nəfər koronavirus infeksiyasına yoluxub.

“İnterfaks”ın məlumatına görə, koronavirus infeksiyasına yo­luxanların 60 faizində “Omicron” ştammı aşkar edilib. Londonda isə yoluxanların 80 faizində “Omicron” ştammı aşkar edilib. 14 nəfər “Omicron” ştammının qurbanı olub.

Buna görə də Britaniyada məhdudiyyətlər sərtləşdirilib. Pay­taxt Londonda isə fövqəladə vəziyyət elan edilib. Yeni il şənliyi və digər tədbirlər ləğv edilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi