Yen il şənlikləri ləğv edilib

XARİCİ XƏBƏRLƏR
22 Dekabr
04:35

“Omicron” ştammının yayılması səbəbindən Böyük Britaniyanın Trafalqar meydanında keçirilməli olan Yeni il şənlikləri ləğv edilib. London meri Sadiq Xan jurnalistlərə verdiyi məlumatda qeyd edib ki, atılan bu addım londonluları çox məyus etsə də, virusun yayılmasını azaltmaq üçün düzgün addımlar atılmalıdır.

Qeyd edək ki, dekabrın 8-də Britaniya hökuməti “Omicron” ştammının yaratdığı təhlükə ilə əlaqədar bir sıra məhdudiyyətlər elan edib.

Xəbəri TASS yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi