Uğursuz sınaq

XARİCİ XƏBƏRLƏR
22 Dekabr
04:34

 

“AGM-183A Hava- Hava Sürətli Müdaxilə Silahı” adlı hipersəs raketi sınaqlarda üçüncü dəfə uğursuzluğa düçar olub. “B-52H” bom­bardmançı təyyarəsinə qoşulan “AGM-183A” pro­totip raketinin naməlum səbəbdən bağlı olduğu sursat stansiyasından çıxmayıb, atış ardıcıllığı dayanıb və raket buraxılmayıb. Hipersəs silahı ən qısa zamanda təkrar sınaqdan keçiriləcək.

Qeyd edək ki, bu ilin aprelində ABŞ-ın hipersəs raketinin ilk sınağı daşıyıcı təyyarədə yaranan problem səbəbindən uğursuzluqla nəticələnmişdi. İyun ayında silah ikinci uçuş sınağında “B-52H” bombardmançısından uğur­la çıxdı, lakin raket mühərriki alovlana bilmədi.

Xəbəri BBC yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi