Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır

MƏDƏNİYYƏT
4 Dekabr
23:26

 

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri VIII Global Bakı Forumunun nəticələrinin və gələcək əməkdaşlığın müzakirəsi üçün Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüblər.

Görüş zamanı VIII Global Bakı Foru­munda elan olunan 22-ci Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olunub və Mərkəzin ÜST ilə əməkdaşlıq memorandu­munun imzalanması razılaşdırılıb.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri -- Bosniya və Herse­qovinanın Rəyasət Heyətinin sabiq sədri Mladen İvaniç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Xorvatiyanın sabiq preziden­ti İvo Josipovic, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija, Mon­teneqronun sabiq baş naziri İgor Luksiç, Rumıniyanın sabiq baş naziri Petre Roman, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, baş katibin müavini İlahə İbrahimli və Mərkəzin əməkdaşı Asim Şahsuvarlı iştirak ediblər.

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi