Türkiyə universitetlərinin təcrübəsi Azərbaycana gətiriləcək

TƏHSİL
3 Dekabr
16:03

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə Türkiyə universitetlərinin təcrübəsi Azərbaycana gətiriləcək.

 "Xalq qəzeti" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı brifinqdə deyib.

Nazir bildirib ki, universitet təkcə ali təhsili əhatə etməyəcək. Həm elmi tədqiqatlar aparılacaq, həm də tələbə-müəllim mübadiləsi aparılacaq.

TƏHSİL bölməsi